YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda keçirilən beynəlxalq sərgidə Azərbaycanı 11 otel və şirkət təmsil edir

Yanvarın 22-də İstanbulun TÜYAP Yarmarka Mərkəzində açılan Beynəlxalq Turizm Sərgisində (EMİTT) Azərbaycanı 11 otel və şirkət təmsil edir.
Azərbaycan bölməsi ölkəmizin sürətli inkişafını, tarixi və təbiət mənzərələrini əks etdirən tablo və fotolarla bəzədilib. Böyük monitorlarda nümayiş olunan filmlər Azərbaycan haqqında, o cümlədən Bakı-2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər uğurlar barədə əyani təsəvvür yaradır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev bildirib ki, Azərbaycan bölməsi böyük maraqla ziyarət olunur. Sərgidə Azərbaycanı təmsil edən şirkət və otel təmsilçiləri digər ölkələrin nümayəndələri ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün danışıqlar aparırlar.