YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Erməni təcavüzkarları törətdikləri vəhşiliklərin cəzasını alacaq

“Azərbaycan Ordusunun “Dağlıq Qarabağ xalqına”, torpaqlarına təcavüz etməsi barədə Ermənistanın hərbi - siyasi rəhbərlərinin, ermənipərəst dairələrin səsləndirdikləri fikirlər sərsəmlikdən, böhtan və şantajdan başqa bir şey deyil. Ermənistanın baş Naziri Nikol Paşinyan isə öz tərəfdaşlarından daha” irəli” gedərək erməni xalqına qarşı azərbaycanlıların soyqrım törətdikləri haqqında fikirlər söyləyir və beynəlxalq aləmin buna etinadsız qalmaması barədə bəyanatlar səsləndirir. Bu əlbətdə erməni xislətinin, həyasızlığının bir ifadəsidir. Çünki Azərbaycan ordusu öz ərazisində erməni terrorçularına, quldurlara, separatçılara qarşı mübarizə aparır və torpaqların işqaldan azad edilməsi uğrunda döyüşür”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Almaniyanın ARD televeziya kanalına müsahibəsində bir daha qeyd edib ki, “Dağlıq Qarabağın azad olunması tarixi və hüquqi ədaləti bərpa etmək üçündür”. Bu haqq, ədalət mübarizəsidir və ordumuz 27 il işqal altında inləyən torpaqlarımızı, viran qoyulan şəhər və kəndlərimizi, ata - baba yurdlarımızı azqın düşməndən təmizləməkdədir. Biz başqasının torpağında vuruşmuruq və başqasının torpağını almırıq. Belə olan halda, bu təcavüz adlandırıla bilməz. Azərbaycan xalqı uzun illərdir işqal olunmuş doğma torpaqlarının həsrətindədir. İnsanlar beynəlxalq təşkilatların, həmsədr dövlətlərin qərarlarına, vədlərinə hörmətlə yanaşaraq torpaqların sülh yolu ilə, ədalətlə həll olunmasına ümid etmiş, ancaq öz inamlarında yanılmışlar. BMT Təhlükəsizlik Şurası, nə də ATƏT - in Minsk qrupu münaqişənin həllinə lazimi təşəbbüs göstərməmiş, əksinə bir çox hallarda təcavüzkar Ermənistana dəstək vermişdir. Bu Ermənistanın hərbi - siyasi rəhbərlərini, qondarma “Dağlıq Qarabağ Respublikasının” quldurlarını daha da həyasızlaşdırmış, qudurtmuş və onlar yeni torpaqlar işqal etmək eşqinə düşmüşlər. Paşinyan da bildirmişdir ki, Qarabağ Ermənistandır, biz torpaqları geri qaytarmaq fikrində deyilik və bu münaqişənin diplomatik həll yolu yoxdur.

Komitə sədri söyləyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistan rəhbərlərini dəfələrlə sülhə, danışıqlara dəvət etsədə, Ermənistanın təcavüzkar siyasəti barədə bütün dünyaya səslənsədə təcavüzkar öz yolundan dönməmiş və onun haqqında tədbir görən olmamışdır: “Prezidentimiz müsahibəsində xatırlatmışdır ki, “Azərbaycan BMT Təhlükəsizlik Şurasının 27 il ərzində qalan qətnaməsini icra edir”. Əlbəttə ki, ordumuz öz sözünü deməli, gücünü göstərməli, düşmənin payını verməli idi və bu gün düşmənin lazimi dərsini verir. Biz haqqımızı istəyirik, torpaqlarımızı işqaldan azad edirik, terrorçulara, qaniçənlərə, təcavüzkarlara qarşı mübarizədəyik. Bu nə təcavüz, nə də soyqırımdır. Əslində soyqırımı ermənilər törədir, mülki əhalini qətlə yetirir, dinc şəhərlərimizi , kəndlərimizi raket atəşinə tutur, qadağan olunmuş silahlardan istifadə edirlər. Ancaq bu xalqımızı, ordumuzu qorxutmur, mübarizliyimizi artırır, qələbələrimizi daha da yaxınlaşdırır. Sözsüz ki, qələbədən sonra erməni təcavüzkarları törətdikləri vəhşiliklərin cəzasını alacaq, haqq qarşısında cavab verəcəklər. Haqq bizimlədir. Qarabağ Azərbaycandır!”.