Xəbərlər
Müdafiə Nazirliyi: Ermənilər sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Azatamut və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı, Cəfərli, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Hacıalılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Mərzili, Şuraabad, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.