YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elçin Əmirbəyov: Ermənistanın cinayətləri ilə bağlı video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub

Azərbaycan oktyabrın 27-də Ermənistanın cinayət əməlləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edib. Sübutlar artıq Avropa Məhkəməsinə təqdim edilib. Azərbaycan tərəfi Avropa İnsan Hüquqları Konvensiyasının ikinci maddəsi - həyat hüququnun pozulması ilə bağlı dolğun məlumatlar təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda keçirilən brifinqdə bildirib.

Elçin Əmirbəyov qeyd edib ki, yaxın vaxtlarda müraciətə baxılacaq və Ermənistandan bununla bağlı izahat tələb olunacaq. Artıq video-foto sübutlar Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Xüsusilə kaset bombalardan istifadə ilə bağlı beynəlxalq təşkilatlara bildirilib.