YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın komitə sədri mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki yaşayış məntəqələrinə raket zərbələrini dayandırmağa çağırış edib. Komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.

“Mülki yaşayış məntəqələrinə raket zərbələri dayandırılmalıdır. Azərbaycanın Bərdə şəhərinə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”, - deyən komitə sədri Piyer Alan Fridez münaqişənin humanitar nəticələrindən dərin narahatlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını bildirib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib.

 

DİGƏR Xəbərlər Arxiv