YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdəni atəşə tutan “Smerç” məhv edilib

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkarlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, oktyabrın 29-da saat 15:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü təqdim edib.