YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi e-mail məlumatlandırma aksiyasını davam etdirir

        Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi erməni təxribatçılarının həm Azərbaycanla sərhəddə, eləcə də dünyanın müxtəlif şəhərlərində törətdikləri iğtişaşlarla əlaqədar ABŞ, Rusiya, Britaniya, Almaniya kimi ölkələr daxil olmaqla 100-dən çox dövlət başçısının, beynəlxalq təşkilatların, Avropa və Asiya Parlamentinin deputatlarının, Xarici İşlər Nazirliklərinin, beynəlxalq KİV-in e-mail ünvanlarına məlumat xarakterli çağırışlar edib. Məqsəd dünya ictimaiyyətini artıq 30 ildir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatlandırmaqdan ibarətdir.

        E-mail məlumatlandırma aksiyası çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış iki humanitar atəşkəs rejiminin, eyni zamanda ABŞ-da imzalanmış yeni humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Gəncə, Mingəçevir şəhərlərinin, Tərtər rayonunun mərkəzi hissəsindəki yaşayış obyektlərinin raket atəşinə tutması barədə məlumat xarakterli müraciətlər edilib. Müraciətdə ingilis dilində şüarlar, ermənilərin dinc sakinlərə hücumu nəticəsində həlak olmuş, yaralanmış körpələr, dağılmış mülki  obyektlər barədə fikirlər əks olunub.

        Bütün bu faktları əsas tutaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, müvafiq ölkələrin hüquq-mühafizə orqanları tərəfindən radikal erməni qruplarının törətdikləri vandalizm aktlarının araşdırılmasını və bu cinayətləri törədənlərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir.