YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Məmmədli: İşğalçı Ermənistan öz təcavüzkar xislətinə uyğun olaraq növbəti dəfə razılaşdıırlmış humanitar atəşkəsə əməl etmədi

“İşğalçı Ermənistan yenə də öz təcavüzkar xislətinə uyğun olaraq növbəti dəfə razılaşdıırlmış humanitar atəşkəsə əməl etmədi. Erməni hərbi birləşmələri 26 oktyabr tarixində saat 08.05-də yeni humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini, eləcə də Tərtər, Ağdam, daşkəsən və digər bir sıra ərazilərimizi ağır silahlardan atəşə tutur”. Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. 

Millət vəkilinin sözlərinə görə, artıq  üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə məhəl qoymur və onu açıq şəkildə pozur. Bu fakt  növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Bilirsiniz ki, Ermənistanın baş naziri bir neçə gün öncə bildirmişdi ki, münaqişənin diplomatik həlli yoxdur və atəşkəsin pozulması da ermənilərin bu mövqeyinin göstəricisidir. Azərbaycan isə öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir. Rəsmu qurumlarımızın bəyan etdiyi kimi, atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

“Ümumiyyətlə, bu gün qəsbkar ermənilərin sonu çatdığından hər cür azğınlığa, insanlığa sığmayan ən dəhşətli və ağlagəlməz cinayətlərə əl atırlar. Döyüş meydanında Azərbaycan Ordusu ilə qarşı-qarşıya döyüşdə acı məğlubiyyətə düçar olan düşmən, bu məğlubiyyətinin əvəzini dinc, köməksiz vəziyyətdə olan dinc əhaliyə insalıqdan çox-çox uzaq olan cinayətlər törətməklə həyata keçirirlər.  Bu gün azğın düşmən cəbhə xəttindən uzaqda olan şəhər və yaşayış  məntəqlərində dinc əhalini atəşə tutaraq körpə, yeniyetmə, qadın, yaşlı demədən  qanlı terror və qırğın törədirlər. Bunun bir adı var. Bu da insanlığa qarşı vəhşilikdir. Çox təəssüf ki, beynəlxalq  aləm hər zaman olduğu kimi terrorçu,  faşist Ermənistanın bu qanlı cinayətini görməməzlikdən gəlir və susqunluq nümayiş etdirir. Dünya birliyinin bəşəriyyətə, insanlığa qarşı olan bu dəhşətli cinayətlərə susması sadəcə insanlarda qəzəb və nifrət hissi yaradır. Axı, bu dəhşətli cinayətin qurbanları döyüş meydanında  hərbçi deyil, bunlar gecə vaxtı evində yatan  məsum körpələr, qadınlar, qocalar və xəstələrdir. Digər tərəfdən, terrorçu ermənilərin  beynəlxalq humanitar qanunları və Cenevrə konvensiyasını ayaqlar altına atılması deməkdir. Dünya bilriyinin, xüsusən də beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupu həmsdərlərinin   insanlığa qarşı dəhşətli cinayətə susqunluğu, haqsız və ədalətsiz mövqe sərgiləməsi  Azərbaycan cəmiyyəti və dünyanın sülhsevər  insanları, dövlətləri tərəfindən hiddətlə qarşılnamqda və şiddətlə qınanılmaqdadır”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv