YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanına yürüş ediblər

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq  YAP Gəncə  şəhər təşkilatı  Gənclər Birliyinin  150-dən artıq fəal üzvü  Şəhidlər Xiyabanına yürüş təşkil ediblər. YAP Gəncə şəhər təşkilatı   binasının  qarşısında toplanan  gənclər  Şəhidlər Xiyabanına gedib, Azərbaycanın ərazı  bütövlüyü  uğrunda  canlarını  fəda etmiş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə  tər gül dəstələri qoyub, şəhidlər xiyabanında təmizlik işləri aparıblar.

YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək yanvar hadisələrinin dünyaya çatdırılmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirildiyini bildirib.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv