Xəbərlər
Giorgi Qaxaria: Azərbaycan Gürcüstanın yaxın qonşusu və strateji tərəfdaşıdır

Azərbaycan bizim yaxın qonşumuz, dostumuz və strateji tərəfdaşımızdır. Ölkələrimiz arasında həll olunmayan məsələ yoxdur.
Bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria söyləyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı istənilən məsələ strateji tərəfdaşlıq, dostluq və danışıqlar çərçivəsində həll ediləcək.