YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Həsən: Xalqımız Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi və ordumuzu birmənalı şəkildə dəstəkləyir

“Ermənistan 30 ildir ki, torpaqlarımızı işğal edib. Bütün bunlara baxmayaraq, Azərbaycana qarşı uzun müddətdir ki, yenidən hərbi təcavüz etməyə hazırlaşan, danışıqlar prosesini bilərəkdən pozan Ermənistan  qəbuledilməz şərtlər irəli sürür. Prezident İlham Əliyevin bir çox beynəlxalq təşkilatlara Ermənistanın təxribatlarının qarşısının alınması üçün xəbərdarlıq etməsinə baxmayaraq, bu ilin sentyabr ayının 27-də işğalçı ölkə  qarşı növbəti dəfə ərazilərimizə hücum etdi. Lakin ordumuzun əks-hücum həmləsi nəticəsində Azərbaycan tarixinin növbəti şanlı günləri başladı. Azərbaycan Ordusunun cəbhədəki uğurları əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır”. Bu fikirləri Milli Məclisin deputatı Ramil Həsən  deyib.

Ramil Həsən sentyabrın 27-dən bu günə qədər döyüşlərin sadəcə səngərdə yox, informasiya məkanında da qızğın xarakter aldığını bildirib. Onun sözlərinə görə, döyüş meydanında ciddi məğlubiyyətə uğrayan Ermənistan bunun əvəzini yaşayış məntəqələrimizi atəşə tutmaq, dinc insanları öldürməklə çıxmağa çalışır: "Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin ordusunun oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket zərbələri ilə atəşə tutması nəticəsində mülki insanların həlak olması, çoxlu sayda qadınların, uşaqların yaralanması Ermənistan faşiszminin göstəricisidir".

Deputat  onu da  vurğulayıb ki, xalqımız Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi və ordumuzu birmənalı şəkildə dəstəkləyir: "Dövlət başçısının çıxışlarında qeyd edildiyi kimi, biz bu torpaqlara qayıdacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!”.