YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə təşkilatının fəalları düşmən hücumu nəticəsində yaralanmış insanları mütəmadi olaraq ziyarət edirlər

“Ermənistanın işğalçı silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin və bir sıra kəndlərin atəşə tutulması rayon əhalisini əsla qorxutmur. Əksinə, bütün bunlar insanlarda torpaqlarımızın tezliklə işğaldan azad olunması arzusunu gücləndirir, düşmənə qarşı daha da səfərbər edir”. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırkı şəraitdə YAP Bərdə rayon təşkilatı gücləndirilmiş iş rejimində çalışır. Təşkilatın əməkdaşları və fəalları daim insanlarla ünsiyyətdədir, fəal təbliğat işləri həyata keçirirlər. Eyni zamanda, rayon təşkilatı erməni hücumu nəticəsində şəhid olanların ailələrinə və yaralılara mütəmadi olaraq baş çəkir, maddi və mənəvi dəstək göstərirlər.

Qeyd olunub ki, bu gün Bərdə rayonunda əhalinin vətənpərvərlik ruhu çox yüksəkdir və Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inanır.   

DİGƏR Xəbərlər Arxiv