YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytdəki həmvətənlərimiz Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Ərazi bütövlüyümüz uğrunda vuruşan şanlı ordumuza dəstək məqsədilə Azərbaycanın Küveyt Dövlətindəki səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri Silahlı Qüvvələrə Yardım Fonduna 18800,39 ABŞ dolları və 1000 AZN məbləğində vəsait köçürüblər.

Bu barədə ölkəmizin Küveytdəki səfirliyindən məlumat verilib.

Məlumatda qeyd edilib: “Azərbaycanın Küveytdəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız və ailə üzvlərimiz adından Azərbaycan Prezidenti və Ali Baş Komandanın Silahlı Qüvvələrimizin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində qazandığı zəfərlər münasibətilə Azərbaycan xalqına təbrikinə qoşulur, başda Ali Baş Komandanımız olmaqla, bütün xalqımıza daha böyük qələbələr arzulayırıq. Bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın mənfur düşməndən azad edilməsinə başlanması bizi də ürəkdən sevindirir. Vətənimiz Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəsində rəşadətli və yenilməz ordumuza yeni qalibiyyətlər, xalqımıza qələbə sevinci arzu edirik.