YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi e-mail məlumatlandırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması barədə e-mail məlumatlandırma aksiyası keçirib.

Aksiya çərçivəsində partiyanın çoxsaylı gəncləri dünyanın ABŞ, Rusiya, Britaniya, Almaniya kimi ölkələri də daxil olmaqla 60-a qədər dövlət başçısının, beynəlxalq təşkilatların, Avropa Parlamentinin deputatlarının e-mail ünvanlarına YAP Gənclər Birliyinin müraciətini ünvanlayıblar.

Müraciətdə Ermənistanın Gəncə terrorunun nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi beynəlxalq təşkilatlara, media qurumlarına müraciət edərək, Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasətinə susmamağa, həqiqətləri dünya ictiamiyyətinin diqqətinə çatdırmağa səsləyir. Bu gün Ermənistan Azərbaycan vətəndaşlarına qarşı terror və soyqırımı həyata keçirməkdədir. Müasir dünya Holokost, Ruanda, Serebrenitsa, Xocalı soyqırımılarından sonra daha bir genosidi qaldıra bilməz. Bu səbəbdən də,

YAP GB dünya birliyini Ermənistanın təcavüzkarlıq siyasətinə biganə qalmamağı, işğalçıya qarşı effektiv tədbirlər görməyə, Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırıb.

DİGƏR Xəbərlər Arxiv