YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Gəncədə törədilən qanlı cinayət əməli ilə Ermənistan özü öz məğlubiyyətinə imza atdı

“Bunlara başqa ad vermək olmaz, nə ordudur, nə hərbi birlikdir, bunlar terrorçulardır…Erməni terrorçuları dünən gecə saatlarında yenə dinc, mülki insanlarımızı, Gəncəmizi raket atəşinə məruz qoydular, insanlarımızı qətl etdilər, yaraladılar, vandalizm törətdilər…Dünən səhərimizi bu ağrılı, bu acılı xəbərlə açdıq…Bir millət, bir dövlət, bir xalq olaraq, çox qəzəbliyik.”

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva söyləyib.

Jalə Əliyeva qeyd edib ki, erməni vandalizmini, erməni terrorizmini bu illər-32 il ərzində bütün dünyaya çatdırdığımız kimi, son hadisələri, Gəncədə törədilən terraktı da dünyaya çatdırmalıyıq: “Ermənilər, erməni terrorçuları 28 il sonra ikinci Xocalı soyqırımını törətdilər. Bunun başqa adı yoxdur. Ancaq çox təəssüflər olsun ki, 28 il öncə olduğu kimi, yenə də dünya birliyi, beynəlxalq təşkilatlar Gəncədə törədilən vandalizmı, soyqırımına səssiz qaldılar, özlərini karlığa, korluğa, lallığa vurdular. Bu, qəbuledilməz və yolverilməzdir. Onların cavabı verilməlidir və mütləq veriləcək. Dünya verməsə də, biz verəcəyik.”

“Ermənistan bu gün çox gücsüzdür, çox zəifdir və dünənki qanlı cinayət əməli ilə də özü öz məğlubiyyətinə imza atdı.
Artıq Azərbaycan dünənki, 25-30 il əvvəkli Azərbaycan deyil, bugünkü Azərbaycan güclü, qüdrətli Azərbaycandır və bu Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, işğala son qoyacaq.”-deyə, Jalə Əliyeva bildirib.