YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Dövlətimizin qətiyyəti, rəşadətli ordumuzun qüdrəti və birliyimiz bütün torpaqlarımızın işğaldan azad olacağına əminliyi günbəgün artırır

“Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Lakin tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa nail olublar. Belə olmasaydı, Fransa kimi böyük dövlət cox da uzaq olmayan tarixi, XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını bir kənara qoyub, qondarma “erməni soyqırımı”nı tanımaz, hətta onu digər dövlətlərə qəbul etdirməzdi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, bu gün Ermənistanın belə vandalizm aktlarını heç nədən çəkinmədən davam etdirməsi həmin dəstəklərdən qaynaqlanır. Onun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyev oktyabrin 9-da rəşadətli Azərbaycan Ordusunun Hadrut qəsəbəsini, bir neçə kəndi və mühüm strateji yüksəklikləri azad etməsi münasibətilə xalqa müraciətində, həmçinin “CNN International”, “Sky News”, RBK televiziya kanallarına müsahibələrində işğalçı dövlətə və havadarlarına bir sıra mesajlarını çatdırdı. Prezident İlham Əliyev Gəncədə törədilən cinayətlə bağlı “Twitter” hesabındakı paylaşımında bir daha bəyan edib ki, Ermənistanın Gəncəyə raket hücumu erməni faşizminin növbəti təzahürüdür. Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz.

“Azərbaycan güclü dövlətdir. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli Ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızın azad olacağına əminliyi günbəgün artırır. Ermənistanın törətdiyi cinayətlər, təxribatlar bir daha dünyaya bu çağırışı edir ki, kimin kim olduğunu tanımaqla yanaşı, birtərəfliliyi bir kənara qoyub işğalçını adı ilə çağırmaq və sülh danışıqlarının nəticələrə yol açmasına dəstək olmaq zamanıdır”-deyə, M.Həsənov vurğulayıb.