YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Dağıstan Respublikasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi tədbirlərində iştirak etmək üçün Xaçmazda olmuşdur

Mayın 10-da Rusiya Federasiyasının Dağıstan Respublikasının geniş tərkibli nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin 91 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Xaçmaza gəlmişdir.

Nümayəndə heyətinin tərkibində qonşu respublikanın milli siyasət üzrə naziri Aleksey Həsənov, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov, Xalq Məclisinin komitə sədrləri, deputatları və digər rəsmi şəxslər olmuşlar.

Səfər çərçivəsində qonaqlar Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olmuşlar.

Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təntənəli mərasim olmuşdur.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Dağıstan Respublikasının milli siyasət üzrə naziri Aleksey Həsənov, Dərbənd Rayon Administrasiyasının rəhbəri Qurban Qurbanov çıxış edərək iki dost xalq arasındakı isti münasibətlərdən söz açmışlar.

Nümayəndə heyəti Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək xatirəsini ehtiramla anmışlar. Onlar təhsil ocağında yaradılmış Zərifə Əliyeva Muzeyinə baxmışlar.

DİGƏR Xəbərlər Arxiv