YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: Qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətin əsas sütunlarından birini müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı etdirilməsi təşkil edir

«Qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətin əsas sütunlarından birini də ölkəmizdə müasir informasiya-kommunikasiya texnologiyalarının  inkişafı etdirilməsi təşkil edir.  Bu gün Azərbaycanda İKT-nin inkişafı bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir». Bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir təxminən 2 milyard dollardır. Onun sözlərinə görə, 2020-ci ilə qədər bu göstəricinin 8,5 milyard dollara çatacağı gözlənilir.

«Hədəf ümumi daxili məhsulun formalaşmasında İKT-nin payını 10 faizə çatdırmaqdır. Buna nail olmaq üçün orta illik artımın 15-18 faiz təşkil etməsi planlaşdırılıb. Ümumiyyətlə, telekommunikasiya, internet və radio-televiziya yayım infrastrukturunun inkişafı əsas hədəflər sırasına daxildir. 2020-ci ilədək dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin bütünlüklə “Elektron Hökumət” vasitəsilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80 faizə çatdırılması nəzərdə tutulur»- deyə, nazir vurğulayıb.