YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzinin fotoları “Memarlıq Fotoqrafiya Mükafatları 2014” müsabiqəsində birinciliyə layiq görülüb

Heydər Əliyev Mərkəzinin fotoları “Memarlıq Fotoqrafiya Mükafatları 2014” müsabiqəsində birinciliyə layiq görülüb.
Britaniyanın “Archaid Image” təşkilatı və “STO” şirkətlər qrupu tərəfindən keçirilən müsabiqənin qalibi Sinqapurda Ümumdünya Memarlıq Festivalı çərçivəsində britaniyalı fotoqraflar Hufton və Crow cütlüyü elan edilib.
Məşhur fotoqraflar “interyer” nominasiyasına Heydər Əliyev Mərkəzinin möhtəşəm iç dizaynını çəkməklə birinciliyə layiq görülüblər. Fotoqraflar Heydər Əliyev Mərkəzinin gözoxşayan xarici görüntüsünü çəkməklə də festivalın “eksteryer” nominasiyasında qalib elan ediliblər.
Qalib fotolar arsında Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Portuqaliya və başqa ölkələrdə çəkilmiş şəkillər də var.
Festivalda qalib olan fotolar 16 yanvar-28 fevral tarixlərində Londonda sərgilənəcək.

DİGƏR Xəbərlər Arxiv