YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan rezidentləri dünyanın 147 ölkəsində ticarət əməliyyatları həyata keçiriblər

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 147 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 108 ölkəyə əmtəə ixrac olunub, 135 ölkədən isə idxal edilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələridir. Xarici ticarət dövriyyəsinin həcmi 36,7 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 28,6 milyard dollar, idxalın həcmi isə 8,1 milyard dollar təşkil edib, nəticədə 20,5 milyard dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 166,8 dollara bərabər olub.

 

DİGƏR Xəbərlər Arxiv