YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP GB-nin sədr müavini Avropa Demokrat Gənclər İcmasının 25-ci Konqresində iştirak edəcəkdir

YAP Gənclər Birliyinin sədr müavini, Siyasi Şuranın üzvü Ramin Məmmədov Avropa Demokrat Gənclər İcmasının (DEMYC) yaranmasının 50 illiyi ilə əlaqədar İsrailin paytaxtı Yerusəlim şəhərində keçiriləcək 25-ci Konqresdə iştirak edəcəkdir.

Konqresdə siyasi, iqtisadi mövzuda məsələlər, həmçinin Avropa Demokrat Gənclər İcmasına üzv olan təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müştərək layihələr və tədbirlərin keçirilməsi, yeni üzvlərin qəbulu barədə müzakirələr aparılacaqdır. Konqresdə İsrail hökuməti rəsmilərinin, eləcə də müxtəlif Avropa ölkələrinin hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa Demokrat Gənclər İcması Avropanın nüfuzlu siyasi gənclər təşkilatlarından biri olub, ətrafında müxtəlif ölkələrin siyasi partiyalarının gənclər qolunu (birliklərini) birləşdirir və ötən il Yeni Azərbaycan Partiyası Gənclər Birliyi də bu qurumun tamhüquqlu üzv seçilmişdir.

Konqres yanvarın 15-dən 18-dək davam edəcəkdir.  

 

DİGƏR Partiya xəbərləri Arxiv