YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqodakı soydaşlarımız Azərbaycan torpaqlarının işğaldan azad olunmasını tələb edirlər

Çikaqo şəhərində fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi qəsbkar Ermənistanın ölkəmizə qarşı son hücumlarını sərt şəkildə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, mərkəzin prezidenti Fərid Məmmədovun imzası ilə yayılmış bəyanatda dünyanın qorxunc koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Tovuz rayonunda, sentyabrın 27-də isə bütün cəbhə boyu təxribatlar törətməsi, Azərbaycanın Dağlıq Qarabağdan uzaqda yerləşən şəhərlərini, mülki yaşayış məntəqələrini və obyektlərini raket atəşinə tutması bu ölkənin faşist və təcavüzkar mahiyyətini göstərdiyini vurğulayıb.

Soydaşlarımız dünya birliyini Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün qətiyyətli addımlar atmağa çağırıblar.

 

DİGƏR Xəbərlər Arxiv