YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beynəlxalq təhlükəsizlik sistemi böhran vəziyyətindədir

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların qəbul etdiyi sənədlər var. Münaqişənin nizamanmasında beynəlxalq birliyin fəal iştirakı həmin sənədlərin müddəalarının həyata keçirilməsinə bağlıdır». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bu təşkilatlar qəbul etdikləri qərarların icrasına nail olmalıdırlar. Onun sözlərinə görə, təəssüf ki, başda BMT olmaqla, beynəlxalq təsisatların fəaliyyətsizliyi göz önündədir.

«Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan beynəlxalq təhlükəsizlik sistemi böhran vəziyyətindədir. Nəticədə beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası artır, aqressiv separatizm, müstəqil ölkələrin suverenliyinə qəsd təhriki və digər meyllər güclənir. Beynəlxalq təsisatların Ermənistanın Azərbaycana qarşı təcavüzünə, keçmiş SSRİ məkanındakı digər aqressiv separatizm hərəkatlarına seyrçi münasibətinin nəticəsidir ki, bu gün müxtəlif coğrafiyalarda yeni münaqişə ocaqlarının, dövlətlərin ərazi bütövlüyünə qəsdin şahidi oluruq»- deyə, R.Rzayev vurğulayıb.