YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“AzeriMed” Milli Orduya 500 min manat vəsait ayırıb

Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğaldan azad olunması uğrunda ordumuzun uğurlu hərbi əməliyyatları, qazanılan qələbələr hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradıb. Hər bir vətəndaş, müxtəlif təşkilatlar, şirkətlər ordumuza bu şərəfli mübarizədə müxtəlif vasitələrlə dəstək göstərirlər.

“AzeriMed” MMC-dən verilən məlumata görə, Azərbaycan Respublikasında elan olunmuş qismən səfərbərliyə əsasən, ehtiyatda olan hərbçilər və müxtəlif kateqoriyalı mütəxəssislərin ordu sıralarına çağırılması prosesinə “AzeriMed” MMC-nin əməkdaşları da dərhal böyük ruh yüksəkliyi və mütəşəkkilliklə qoşulmuşlar. Bildirilib ki, qısa müddət ərzində şirkətimizin ayrı-ayrı bölmələrinin xeyli əməkdaşı səfərbər olunaraq ordu sıralarına, hərbi hissələrin tabeçiliyinə yola salınıblar. Həmin əməkdaşların hamısının iş yeri və vəzifəsi saxlanılmaqla, əmək haqqlarının tam şəkildə ödənilməsi təmin olunacaq.

““AzeriMed”MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları da davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilir.Hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkətimiz ümumi qələbəmiz üçün dəstək aksiyalarını davam etdirəcəkdir”-deyə, məlumatda qeyd olunub.