Xəbərlər
XİN: Ermənistan Cenevrə Konvensiyasını kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu hədəfə alır

Sentyabrın 27-dən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır.
Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 5-də keçirilən brifinqdə deyib.
Leyla Abdullayeva bildirib ki, sentyabrın 27-dən indiyədək ermənilərin atəşi nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb. Ermənistan tərəfi ənənəvi şəkildə yenə də yalan və iftiraya əl ataraq guya azərbaycanlı mülki şəxsləri və obyektləri hədəfə almadığını bildirir.