YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Fransanın həmsədrlikdən çıxarılması Azərbaycan ictimaiyyətinin birmənalı tələbidir

“Makronun son vaxtlar işğalçı Ermənistanı dəstəkləyici çıxışları Azərbaycan xalqının onsuz da tarıma çəkilmiş əsəblərini bir az da gərginləşdirmişdi. Ümumiyyətlə Fransa ATƏT-in Minsk qrupunun həm sədrliyinə mandat aldığı gündən bu günədək birbaşa və ya dolayı yolla öz mövqeyində təcavüzkar Ermənistanın yanında və onun tərəfində olduğunu nümayiş etdirmişdir. Bu ədalətsiz mövqe Makronun zamanında artıq pik həddinə çatmışdı”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkilinin sözlərinə görə, uzun illərdir ki, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərın gözlərinin dikildiyi Minsk üçlüyünün susqunluğu və fəaliyyətsizliyi, eləcə də Fransanın ermənipərəst mövqeyi işğalçı rejimin daha da azğınlaşmasına səbəb olmuşdur. Məhz Fransanın riyakar mövqeyi işğalçı Ermənistanın münaqişənin sülh və danışıqlar yolu ilə həll olunması öhdəliyini ardıcıl olaraq, hərbi təxribatların törədilməsi ilə əvəz etməsinə şərait yaratmışdı. Belə ki, son iki ildə Paşinyan rejimi öz sələflərindən geri qalmayaraq, davamlı olaraq, nəinki atəşkəsin pozulmasına, hətta ağır artilleriyadan istifadə edərək, münaqişə bölgəsindən çox uzaq sərhədlərimizə atəş açmaqla hücum edirdilər. Qəhrəman Azərbaycan Ordusu tərəfindən bu təxribatların cavabı layiqincə verilsə də Ermənistan öz təcavüzkarlıq siyasətindən əl çəkmir, əksinə daha da “fəallaşmışlar” . Azərbaycan bütün məsələlərdə beynəlxalq hüquqa və götürdüyü öhdəliklərə sadiq olmuşdur. Azərbaycanın dövlət rəsmiləri təcavüzkar qonşumuzun bu fəaliyyəti ilə bağlı rəsmi Yerevanı, beynəlxalq təşkilatları, xüsusən də Minsk Qrupu həmsədrliyini xəbərdar etsə də heç bir nəticə olmamışdı. Maraqlı burasıdır ki, Minsk qrupu üzvü olan, Fransa təcavüzkar Ermənistanın bu fəallığını dəstəkləyici çıxış etməkdən heç vaxt çəkinməmişdi. Avropanın ən nüfuzsuz prezidenti olan Makron, həmsədr olduğunu heç düşünmədən keçən il bölgəyə səfəri zamanı Bakıya gəlməməklə, Yerevandan Parisə dönməsi də azərbaycanlı qaçqın və köçkünlərin diqqətindən yayınmamışdı. Bu ilin son üç ayı ərzində işğalçı Ermənistanın səngimək bilməyən ağır hərbi təxribatlarına Makron bir dəfə də olsun münasibət bildirmədi. Azərbaycan ictimaiyyətinin əslində Fransanın Minsk qrupu təmsilçiliyindən gözləntisi ümidi də yoxdur. Çünki Fransanın dövlətçilik tarixində hər zaman başqa xalqlara qarşı soyqırım törədildiyi ilə bağlı kifayət qədər dəlilləri var. Ruanda, Cibuti, Əlcazair, Vyetnam kimi ölkələr fransız zülmünün nəticəsində soyqırım yaşayan xalqlardır. Fransa dövlətinin siyasətində Türkiyəyə qarşı bir ədavət sanki dəyişməz bir prinsipdir. Son on ildə PKK-nın dəstəklənməsində, Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsində, saxta “erməni soyqırımı”n dəstəklənməsində Türkiyənin Orta Doğuda beynəlxalq terrorizmlə apardığı mücadiləsində, Liviyada, Aralıq dənizində apardığı qanuni tədqiqatlarında Fransa tam bir Türkiyə düşməni mövqeyi sərgiləmişdi. Qeyd etdiyim kimi, son iki ildə isə Makron hər dəfəsində işğalçı rejimin yanında olmuşdur. Son aylarda Azərbaycanın Ermənistanın davam edən hərbi təxribatlarına qarşı həyata keçirdiyi əks əməliyyatlarda macron nəinki, həmsədrlik mandatından irəli gələn vəzifələrini yerinə yetirmişdi, hətta ardıcıl olaraq, çəkinmədən Ermənistanı dəstəkləyən çıxışlar etmişdir. Fransa heç vaxt bitərəf və obyektiv mövqe tuta bilməz. Çünki fransız siyasətçiləri ən azı XI əsrdən erməni ideoloqlarının və millətçilərinin təsirində olmuşlar. Bu təsir sözsüz ki, Fransada bütün seçkilərdə, parlament , bələdiyyə və prezident seçkilərində daha qabarıq və açıq hiss edilir. Bu mənada fransız siyasətçiləri fransız xalqından daha çox ermənilərin probleminə yarayırlar. Əgər biz bunu təkcə ötə 30 ilə baxsaq bird aha bunun şahidi olarıq. Bu gün Makron tam işğalçı erməni dövlətinin sözcüsü və vəkili rolundadır. Bu günlərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgədə yaranmış vəziyyətlə bağlı keçirilən son iclasında qəbul edilən bəyanatda Makronun Azərbaycana qarşı daha sərt təpkilərin əks olunması tələbi Avropa mediasında da tənqid edilmişdi. Bununla bağlı Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizdə işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı həyata keçirdiyi əks əməliyyatların əleyhinə çıxış edən Makron Minsk qrupu həmsədrliyi mandatından belə utanmadı.

“Bu son mövqeyi ilə Makron əvvəlki sələflərindən də xeyli irəli getmiş oldu. Bu gün Azərbaycan ictimaiyyəti, seçicilərimiz israrla Fransanın Minsk qrupu üzvlüyündən çıxarılmasını tələb edir. Makron əgər ikinci Ermənistan dövlətinin yaradılmasının tərəfdarıdırsa Fransada bir çox bölgələrdə ermənilərin kompakt məskunlaşdığı şəhərlər var. Məsələ, Marseldə Makronun və Fransanın ermənipərəst dövlət adamlarının dəstəyi ilə ikinci erməni dövləti yarada bilərlər. Azərbaycanın buna etirazı yoxdur. Prezidentimiz möhtərəm cənab İlham Əliyevin sözləri ilə desək, biz öz torpaqlarımızda ikinci Ermənistanın yaradılmasına icazə verməyəcəyik”-deyə, deputat vurğulayıb.