YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə akademik Həsən Əliyev küçəsi ilə Aşıq Molla Cümə küçəsinin kəsişməsində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilmişdir.

Aksiyada Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları, rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, həmçinin fəal gənclər iştirak etmişlər.

Yüksək fəallıqla keçən aksiyada ətraf ərazi tullantılardan və alaq otlarından təmizlənmiş, İtaliyadan gətirilmiş 600-ə yaxın Leylandra növlü ağaclar əkilmişdir.

Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirmişdir ki, Yeni Azərbaycan Partiyası hər il Azərbaycan xalqının ümummilli lideri, partiyanın yaradıcısı Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif aksiyalar keçirir. Bu aksiyalar içərisində Bakı şəhərində yaşıllaşdırma, ağacəkmə kampaniyalarının keçirilməsi mühüm yer tutur. Partiyanın bu ənənəsinin artıq böyük bir tarixi vardır. Biz ayrı-ayrı vaxtlarda Bakının müxtəlif guşələrində çoxlu sayda ağaclar əkmişik. Nərimanovda bir neçə il bundan əvvəl əkdiyimiz ağaclar artıq böyüyüb və rayonun ekologiyasına müsbət təsirini göstərir. Bu gün də Ulu Öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində YAP-ın fəallarının bir qismi bu ərazidə ağacəkmə kampaniyasını həyata keçirir.

Baş nazirin müavini demişdir ki, ümummilli lider Heydər Əliyev ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına xüsusi diqqət yetirirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələyə böyük önəm verir. Çünki təmiz ekologiya, təbiət hər bir insanın sağlamlığı üçün çox vacibdir və bu işə mühüm töhfə verən kampaniyalardan biri də ağacların əkilməsidir.