YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycanın mühüm mülki infrastrukturunu məqsədli şəkildə hədəf almasının daha bir sübutu barədə özünün “Twitter” hesabında paylaşım edib.

Mingəçevirdə enerji blokunun yaxınlığına düşən raketin fotolarını paylaşan Hikmət Hacıyev onun partlamadığını qeyd edərək bildirib: “Ermənistanın ağlını başına yığması və məsuliyyətini dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.