YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Möhsün Pakayin: Qəzvin-Rəşt-Astara dəmir yolu İranın, Azərbaycanın və Rusiyanın iqtisadi inkişafına təkan verəcək

İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsinin “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, 2014-cü il qonşularla əlaqələrin inkişafında rəsmi Tehran üçün uğurlu olub.
Səfir deyib ki, digər qonşu ölkələrlə yanaşı Azərbaycan və Rusiya ilə əlaqələr inkişaf etdirilib. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttindən söz açan M. Pakayin bu yolun İranın, Azərbaycanın və Rusiyanın iqtisadi inkişafına təkan verəcəyini diqqətə çatdırıb.
İranlı diplomat qeyd edib ki, ötən il hər üç dövlət Qəzvin-Rəşt-Astara dəmir yolu xətti vasitəsi ilə dəmir yolu sistemlərini birləşdirmək haqqında razılıq əldə ediblər. Gələn il yolun çəkilişi işləri daha da sürətləndiriləcək.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu xətti İrandan başlayaraq, Azərbaycan ərazisindən keçməklə Rusiyaya, oradan isə Avropaya qədər uzanacaq.

DİGƏR Xəbərlər Arxiv