YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti  xanım Kolinda Qrabar-Kitaroviçə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”




 

DİGƏR Xəbərlər Arxiv