YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, lakin bu hörmətin qarşılığını görməyib

“Bəzi beynəlxalq qurumlar yenə bəyanatlarla çıxış edirlər. Münaqişə ilə bağlı 30 ilə yaxındır ki, verilən və kağız üzərində qalan bu bəyanatların nə kimi faydası ola bilər? Hazırda ATƏT hər iki tərəfi danışıqlara dəvət edir. İllərdir niyə dəvət etmək əvəzinə əməli addımlar atılmırdı? İndi Azərbaycan əks hücuma keçən kimi danışıqlar təklif edirlər, bəyanatla çıxış edirlər”. Bu fikirləri  Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, Azərbaycanı danışıqlara dəvət edən ölkələr və təşkilatlar bilməlidir ki, bizim ordumuz işğalçı ordu deyil. Hərbi təcavüzə məruz qalan bizim ölkəmizdir. Biz haqq savaşındayıq, biz demokratik dəyərlərin bizə verdiyi haqqı təmin etmək uğrunda mübarizə aparırıq. Ali Baş Komandanın dediyi kimi, bizim heç kimin torpağında gözümüz yoxdur. Ermənistan tərəfi münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə edilməsini, başqa heç bir beynəlxalq qurumda müzakirə mövzusu belə olmasını istəmir. Bunun əsas səbəbi odur ki, düşmən ATƏT-in bitərəf mövqe nümayiş etdirdiyini çox yaxşı bilir.

Deputat qeyd edib ki, sentyabrın 27-də düşmən hücumunun qarşısını almaq üçün əks hücuma keçən Azərbaycan Ordusu kifayət qədər gözlədi: “Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, lakin bu hörmətin qarşılığını görməyib. Tovuz hadisələri və ondan əvvəlki təxribatlar zamanı bu qədər operativlik göstərməyən qurum və dövlətlər ordumuzun əks-hücumuna nə tez reaksiya verdi? Niyə Azərbaycan öz haqqını təmin etməyə qalxdıqda sülhə çağırışlar başladı? İndi də susma mövqeyinə keçmək olmazdımı? Azərbaycan Ordusunun qələbəsimi bu qurumları narahat etdi? Yoxsa demokratik dəyərlər indi yada düşdü?”.