YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuz təxribatının arxasında birbaşa Fransanın iştirakı barədə iddialar bu gün Makronun görünməmiş canfəşanlığı fonunda öz təsdiqini tapır

Hüseyn PAŞAYEV

YAP-ın Mətbuat Xidmətinin rəhbəri,

əməkdar jurnalist

Tovuz təxribatı törədildi. Erməni öz layiqli cavabını aldı, bu gün isə cəzasını çəkir. Təxribatın törədilməsində heç bir müzakirəsiz və şübhəsiz olaraq regionda birbaşa marağı etiraf olunan 3-cü ölkə - Rusiyanın iştirakı məsələsi gündəmə gəldi. Bu təbii idi. Amma heç kəs düşünə də bilmədi ki, bu təxribatın arxasında Fransa dayanır və onun bu ssenarisi, həm də dolayısı ilə Rusiyanın özünün əleyhinə yönəlib.

Hələ iyul hadisələrinin qızğın müzakirə olunduğu bir vaxtda belə iddianı irəli sürənlər bu barədə regionda marağı olan ölkələrin kəşfiyyat orqanlarında təkzibolunmaz faktların mövcudluğunu önə çəkirdi. Məqsəd, Ermənistan tərəfindən torpaqlarımızın işğalını tam dayanıqlı etmək, iqtisadi-siyasi, geostrateji əhəmiyyətini sadalamağa ehtiyac duyulmayan enerji xəttlərinin vurulması ilə Azərbaycan, həm də Türkiyəyə ağır zərbələr endirilməsi, Qarabağ ətrafında region ölkələrinin qarşıdurmasını yaratmaqla, həm düşmən saydığı Türkiyəni, həm də Avropanın başağrısına çevrilmiş Rusiyanı taqətdən salmaq, eyni zamanda Ankara-Moskva müttəfiqliyini parçalamaq idi.

Birinci təxribat baş tutmadı. Aylardır işğal altında olan Azərbaycan torpaqlarına Livan, Suriya ermənilərinin, muzdlu PKK tör-töküntüsünün daşınması barədə və Yerevanın müharibə hazırlıqları barədə ən yüksək səviyyələrdə həyəcan siqnalı çalınır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə bütün diplomatik kanallar vasitəsilə xəbərdarlıq etmiş, ən ali tribunadan – BMT Baş Assambleyasının sammitində də dünya ictimaiyyətini məlumatlandırmışdı. Bu qədər terrorçunun işğal altındakı torpaqlarımıza daşınması, onların saxlanması xərci, Kim Qaradaşyan kimi xidməti müqabilində tələb olunan iri məbləğləri acından ölən Ermənistanın ödəməsi təbii ki, mümkünsüzdür. Maliyyənin erməni lobbisi təşkilatlarının əli ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi – Fransa tərəfindən ödənilməsi barədə iddialar Prezident Makronun şüvənliyi fonunda həqiqət payını daha da artırdı.

Sülh prosesini tənzimləməli olan ATƏT-in həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox hay-həşirdədir. Öz doğma, müqəddəs torpaqlarını azad etmək iradəsini ortaya qoyan Azərbaycanı terrorçularla işbirliyində suçlamağa cəhd edən Fransa, bu işdə Türkiyənin də vasitəçiliyi barədə dəlilsiz, sübutsuz, arsız-həyasız bəyanatlar səsləndirir. Məqsədləri hər kəsə bəllidir.

Afrikanın ucsuz-bucaqsız çöllərindən qovalanmış Fransa müstəmləkəçiləri bu gün Yaxın Şərqdə Səlib yürüşünə başlayıb. Bu səlib yürüşünün qarşısında isə əzəmətli Türkiyə var. Bu gün Paris bütün resurslarını Türkiyəyə qarşı yönəldib. Türkiyənin haqq səsinə qarşı yunanları hər vasitə ilə dəstəkləyən makronlar-makranyanlar bu gün şiş burunlarını Qafqaza soxmaq istəyirlər. Ancaq unutmasınlar. Azərbaycan öz haqq işi uğrunda müharibə aparır. Azərbaycan öz müqəddəs torpaqlarını havadarlarının kimlərin olmasından aslı olmayaraq, mənfur ermənilərdən azad edəcəkdir.

Məkkə, Mədinə müsəlman dünyası üçün nə deməkdirsə, Şuşa Ağdam, Füzuli, Xankəndi bizim üçün, Türk dünyası üçün o mənanı daşıyır. Bü gün Şuşa bizim Məkkəmiz, Xankəndi Mədinəmizdir. Azərbaycan Əsgəri hələ də qanı axan, yarası qaysaq bağlamayan Xocalının qisasını alacaqdır. Şanlı Azərbaycan Əsgəri Ağdamımızın qürurunu özünə qaytaracaq, Şuşamızda Muğam səslənəcəkdir.

Hər bir Azərbaycanlı, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın dediyi – “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusunun çox da uzaqda olmadığına əmindir.

Qoy, makronlar da, petrosyanlar da, paşinyanlar da, daha  nə bilim hansı quyruqlar və yanlar da tam əmin olsunlar - MUROV YÜKSƏKLİKLƏRİNDƏ ÜÇ RƏNGLİ BAYRAĞIMIZIN ƏZƏMƏTLƏ DALĞALANDIĞI İLHAM ƏLİYEV ZİRVƏSİ hər bir türkün ziyarətinə gedəcəyi müqəddəs məkan olacaqdır.