YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində olmuşlar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində olmuşlar.

Partiyanın Gənclər Birliyinin üzvləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən stendlərə, fotosərgilərə baxmışlar.

Xalqımızın Ümummilli Liderinin həyatının və ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olan Yeni Azərbaycan Partiyasının gənc üzvləri ulu öndər Heydər Əliyevin bütün ömrü boyu öz xalqı, dövləti və Vətəni naminə çalışdığına bir daha əmin olmuşlar.

Heydər Əliyev Mərkəzini ziyarət edən gənclər qeyd etmişlər ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi daim gənc nəslin qəlbində yaşayacaqdır.

DİGƏR Partiya xəbərləri Arxiv