YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Məqsədimiz ərazi bütövlüyümüzü, vətəndaşlarımızın təhlükəsizliyini qorumaqdır

“İşğalçı Ermənistan son zamanlar təxribatlarını daha da artırıb. Paşinyan və digərlərinin də təxribatçı bəyanatları vəziyyəti daha da gərginləşdirib. Hərbi təxribatlara  Azərbaycan Ordusu layiqincə cavab verir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyevanın sözlərinə görə, Azərbaycan indiyə qədər münaqişənin sülh yolu ilə həll olunmasına çalışıb. Amma Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur. Millət vəkili bildirib ki, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədrləri prinsipial mövqe göstərmir, işğalçı Ermənistan cəzalandırılmır. Belə olan halda Azərbaycan məcburdur ki, öz gücü ilə ərazi bütövlüyünü müdafiə etsin.

“Hazırda ordumuz işğalçı qüvvələrə layiqincə cavab verir. Məqsədimiz ərazi bütövlüyümüzü, vətəndaşlarımızın təhlükəsizliyini qorumaqdır. Bu gün ordumuzda, bütövlükdə xalqımızda vətənpərvərlik nöqteyi-nəzərindən böyük ruh yüksəkliyi var. Azərbaycan Prezidenti xalqa müraciətində münaqişənin həlli ilə bağlı dövlətimizin mövqeyini bir daha açıq şəkildə ifadə etdi. Ermənistan bilməlidir ki, torpaqlarımız işğaldan azad olunacaq”-deyə, S.Fətəliyeva vurğulayıb.