YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Tarixin siyasiləşdirilməsi və saxtalaşdırılması qəbulolunmazdır

«Ermənistan tərəfindən uydrma «erməni soyqrımının» 100 illiyi ilə bağlı nəzərdə tutulan tədbirlər tarixin saxtalaşdırılmasından başqa bir şey deyil». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, tarixin siyasiləşdirilməsi və saxtalaşdırılması qəbulolunmazdır. Onun sözlərinə görə, ermənilər bu tədbirləri müəyyən beynəlxalq dairələrin dəstəyi ilə atır.

«Çünki uydurma «erməni soyqırımı» türklərə qarşı bir təziyq vasitəsidir. Məlum beynəlxalq güclər zaman-zaman bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma Ermənistan və onun havadarları bu kimi əsassız iddialarla çıxış etməzdən öncə ilk növbədə, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən soyqırım əməllərinə cavab verilməlidir. 1918-ci ildə törədilən soyqırımı, eləcə də, Xocalı qətliamı insanlığa qarşı cinayətin göstəricisidir. Bu cinayəti isə ermənilər edib. Ona görə də, ermənilər tarixi saxtalaşdırmaq əvəzinə bu cinayətə görə cavab verməlidirlər. Azərbaycan və Türkiyə uydurma «erməni soyqırımının» ifşa olunması istiqamətində birgə mübarizə aparır və bu mübarizəni davam etdirməkdədirlər»- deyə, deputat qeyd edib.