YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il yerli gəlirlər 834,5 milyon manat proqnozlaşdırılır

2015-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 834,5 milyon manat proqnozlaşdırılır. Bu, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 114,4 milyon manat və ya 15,9 faiz çoxdur.
Bu il rayon və şəhərlərin vergi potensialının artırılması, onların ərazilərində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə ödəyəcəkləri vergi və digər ödənişlərin tam (mənfəət vergisi istisna olmaqla) məbləğdə rayon və şəhərlərin yerli gəlirlərinə daxil edilməsi nəzərdə tutulur.
Cari ildə dövlət büdcəsinin yerli xərcləri 1654 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2014-cü ilə nisbətən 24,5 milyon manat və ya 1,5 faiz, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 187 milyon manat və ya 12,7 faiz çoxdur.
Yerli xərclərin 973,6 milyon manatı və ya 58,9 faizi təhsil xərclərinə, 223,4 milyon manatı və ya 13,5 faizi səhiyyə xərclərinə, 239,9 milyon manatı və ya 14,5 faizi mənzil və kommunal təsərrüfatı xərclərinə, 119 milyon manatı və ya 7,2 faizi icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə, 80,8 milyon manatı və ya 4,9 faizi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclərə, 17,3 milyon manatı və ya 1 faizi isə digər xərclərə yönəldiləcək.