YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Agerpres” xəbər agentliyinin internet səhifəsində Bakı-2015 Avropa Oyunlarına hazırlıqdan bəhs edən məqalə yer alıb

Rumıniyanın “Agerpres” milli xəbər agentliyinin internet səhifəsində AzərTAc-ın Rumıniyadakı müxbiri İqbal Hacıyevin “Bakı Avropa Olimpiya oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsi yerləşdirilib.
Fotoşəkillərlə müşayiət olunan məqalədə Bakı-2015 Avropa Oyunları ilə bağlı ölkədə aparılan hazırlıq işləri, yarışlar keçirilməsi üçün yeni tikilən və bərpa olunan idman kompleksləri barədə ətraflı məlumat verilir. Müəllif, həmçinin İdmançılar üçün yaradılmış şəraitdən, olimpiya şəhərciyindən, Bakının gözəlliyindən, İçəri şəhərdən, Dənizkənarı parkdan, Heydər Əliyev Beynəlxalq hava limanından, KİV-lər üçün nəzərdə tutulmuş Media Mərkəzindən də bəhs edir.
Məqalədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yarışların yüksək səviyyədə keçirilməsinə göstərdikləri dəstək xüsusi vurğulanır, Bakı-2015 Avropa oyunları Avropanın tarixində baş verəcək bir bayram kimi səciyyələndirilir.
“Agerpres” xəbər agentliyinin əməkdaşlıq etdiyi bir çox Rumıniya KİV-lərində yer alan məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür :