YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrlə görüş keçirilib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, sədr müavini Ramin Əhmədov gəncləri təbrik edib, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə əldə edilən uğurlardan danışıblar.

Bildirilib ki, respublikamızın hər yerində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə müasir məktəb binalarının tikintisi, onların maddi texniki bazasının məhkəmləndirilməsi məhz bu sahəyə olan diqqət və qayğını göstərir. Natiqlər aparılan islahatların kökündə insan amili dayandığını və bu kontekstdə güclü kadrlara olan tələbatın bir zərurətə çevrildiyini bildirib, gənclərə şəxsi həyatlarında və təhsildə uğurlar diləyiblər.

Görüşdə iştirak edən tələbələr də öz növbəsində Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, partiya rəhbərliyinə təşəkkür ediblər. Onlar gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, yaradılan şəraitdən lazımınca yararlanaraq, ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonra yüksək bal toplayan tələbələrə hədiyyələr təqdim edilib.