YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin Ofisində 700 bal toplamış gənclərlə görüş keçirilib

Sentyabrın 14-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində builki qəbul imtahanlarında ən yüksən nəticə göstərərək 700 bal toplamış gənclərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclsin deputatı Ramin Məmmədov gəncləri qazandıqları böyük uğur münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir.

R.Məmmədov bildirib ki, bu gün təhsilin bütün pillələrində yeni layihələrin, islahatların reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasətində insan kapitalının inkişafı mühüm yer tutur. Məhz bu siyasətin nəticəsidir ki, ölkəmizdə gənclərin yüksək təhsil alması üçün bütün imkanlar yaradılıb. Qəbul imtahanlarında gənclərin yüksək nəticələr qazanması da bu reallığın ifadəsidir.

Yeni Azərbaycan Partiyasının da gəncliyin inkişafı üçün önəmli layihələr həyata keçirdiyini deyən R.Məmmədov  partiyanın sıralarında intellektual gənclər ordusunun birləşdiyini diqqətə çatdırıb. O, partiyanın və onun Gənclər Birliyinin bütün gənclərlə əməkdaşlığa hazır olduğunu bildirb və qeyd edib ki, sizlərə də partiyamız hər zaman dəstək verməyə hazırdır.

Görüşdə həmçinin,YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və Gənclər Birliyinin Ofis rəhbəri Elmar Məmmədov çıxış edərək gənclərə ali təhsillərində uğurlar arzulayıblar.

 Öz növbəsində,    qəbul imtahanlarında 700 bal toplamış Əziz Kərimli və Hüseyn Abdullayev belə bu uğurun qazanılmasının qürurverici olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, bu uğurun qazanılmasının əsasında Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı dayanır.

700 bal toplamış gənclər gələcəkdə YAP sıralarına qoşulmaları və partiyanın Gənclər Birliyi ilə fəal əməkdaşlıq etmk niyyətlərini də ifadə ediblər.

Görüşün sonunda 700 bal toplamış gənclərə Yeni Azərbaycan Partiyası tərəfindən  “Notebook” hədiyyə edilib.