YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Azərbaycan İqtisadi Şurası ölkə iqtisadiyyatının post-pandemiya dövründə daha sürətli inkişafını təmin edəcək

“Azərbaycanın İqtisadi Şurası il ərzində iki dəfə iqtisadi hadisələrlə, ölkədə aparılan islahatlar və problemlərlə bağlı Prezident İlham Əliyevə məlumatlar verəcək. Burada qəbul olunmuş kollegial qərarlar sonradan bütün iqtisadi strukturlar üçün əsas formula rolunu oynayacaq”.

Bu fikirləri “Yeni Tv”nin canlı yayımında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, Şura qarşısında Azərbaycan iqtisadiyyatının yaxın 10 il ərzində 2 dəfəyə qədər artıma nail olunması ilə bağlı tapşırıqlar qoyulub: “İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir. Azərbaycan İqtisadi Şurasının yaradılması və onun qarşısında qoyulan hədəflər ölkə iqtisadiyyatının post-pandemiya dövründə daha sürətli inkişafını təmin edəcək. Dövlət başçısı tərəfindən qoyulan tapşırıqlara tam əməl olunduğu təqdirdə bu hədəflərə çatmağın mümkünlüyünə əminik”.