YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı və Xəzər rayon təşkilatlarının qadınları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə tədbir keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı və Xəzər rayon təşkilatlarının Qadınlar şuraları “Pandemiya dövründə vətəndaş məsuliyyəti” mövzusunda birgə videokonfrans keçirib.

Videokonfransı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva  bildirib ki, bu gün bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Onun sözlərinə görə,  Azərbaycanda da pandemiyaya qarşı güclü mübarizə aparılır: “Bu istiqamətdə aparılan mübarizə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətindədir. Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə olunub. Hazırda Azərbaycan yoluxma və ölüm hallarının sayının azalmasına, habelə virusa yoluxanların və sağalananların nisbətinə görə ən yaxşı nəticələrin müşahidə edildiyi ölkələr sırasındadır”.
YAP Xəzər rayon təşkilatının Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva isə deyib ki, koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən Prezident İlham Əliyev ölkə vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunmasını əsas vəzifə kimi qarşıya qoyub, bütün diqqəti bu məsələyə yönəldib: “Dövlət başçısının birbaşa göstərişi və imzaladığı sənədlər əsasında əhalinin sağlamlığının qorunması ilə bağlı tədbirlər görülüb, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, karantin zonaları yaradılıb, müasir tibb müəssisələri ayrılıb, yeni xəstəxanalar inşa edilib, zəruri tibbi avadanlıqlar alınıb”.

Tədbirdə həmçinin YAP Suraxanı rayon təşkilatının sədr müavini  Ceyran Novruzova, YAP Xəzər rayon təşkilatının sədr müavini  Zeynəb Əliyeva və YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri müavini İlhamə Cabbarova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətimizin pandemiyaya qarşı apardığı sistemli mübarizə nəticəsində yoluxma sayında azalma müşahidə olunur. Bu səbəbdən də karantin rejimi tədricən yumşaldılır. Sentyabrın 15-dən müvafiq qaydalar əsasında tədrisə başlanması barədə qərarın verilməsi, iaşə obyektlərinin faəliyyətinə icazə verilməsi də buna nümunədir. Bununla belə çıxış edənlər bildiriblər ki, koronavirusla mübarizədə vətəndaş məsuliyyəti ön sırada dayanır. Hər bir vətəndaş virusun yayılmaması üçün mövcud qaydalara və tövsiyələrə ciddi şəkildə əməl etməlidir.