YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Hacıyev: Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq

“Artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpası və sair qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir. İnfeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq”. Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Emin Hacıyev bildirib ki, vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur. Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günədək verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə, bu sahədə dövlətimizin gördüyü bütün ehtiyat tədbirləri öz müsbət nəticəsini verir. Məhz doğru əks-epidemik tədbirlərinin görülməsinin nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb.

Millət vəkilinin sözlərinə görə, yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə diqqət və qayğısını hər kəs, xüsusilə sosial cəhətdən həssas qruplar daha dərindən hiss etdi: “Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq, necə deyərlər, məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq”.