YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyanın foto agentliyi Azərbaycanda keçirilən hava hücumu təlimlərindən bəhs edib

Britaniyada fəaliyyət göstərən “Getty images” foto agentliyi Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş atışlı təlimlərini işıqlandırıb.
Agentliyin rəsmi saytında təlim zamanı Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunlarının “Osa 9A33BM-3” zenit-raket komplekslərinin istifadəsini əks etdirən fotoşəkil yerləşdirlib.
Fotoşəkil Türkiyənin “Anadolu” agentliyinə istinadla yayımlanıb.
Fotonun müəllif hüququ Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsusdur.