YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.

Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm”.