YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərakeşin “Əl-İslah və Əl-Tənmiyə” qəzetində Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti barədə məqalə dərc olunub

Mərakeşin həftəlik “Əl-İslah və Əl-Tənmiyə” qəzetində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva barədə məqalə dərc olunub.

Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu məqalədə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edilir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər diqqətə çatdırılır.

Bildirilir ki, Mehriban Əliyevanın fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir, o, bir çox ölkələrin yüksək mükafatlarına layiq görülüb.

Birinci vitse-prezident Azərbaycanın inkişafına, ölkənin beynəlxalq miqyasda tanıdılmasına, xalqın sosial problemlərinin həllinə mühüm töhfələr verir.

Gördüyü işlər Mehriban Əliyevaya Azərbaycan xalqının böyük hörmət və məhəbbətini, inam və etimadını qazandırıb.