YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nigar Arpadarai: Erməni əsilli ailələrin işğal olunmuş ərazilərimizə köçürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

“Son günlər mətbuatda yayılan mövzulardan biri də erməni ailələrinin Livandan Qarabağa köçürülməsi ilə bağlıdır. Çox təəssüf ki, bu, Ermənistan tərəfinin işğal olunmuş ərazilərə qanunsuz məskunlaşma məsələsində ilk cəhdi deyil. Ermənistan hər bir yolla Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə çalışır”. Bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai bildirib.

Nigar Arpadarai deyib ki, erməni əsilli ailələrin işğal olunmuş ərazilərimizə köçürülməsi, Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsi kimi fəaliyyəti beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının nəticələrini birbaşa və ya dolayı yolla möhkəmləndirməyə xidmət göstərən hər hansı bir fəaliyyət, layihə və ya təşəbbüs beynəlxalq hüquqa görə təcavüz aktının davamıdır. Bu, beynəlxalq cinayətdir.

“Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri və Azərbaycan və Ermənistan üzrə daimi məruzəçilərinin bu il iyunun 10-da qəbul etdiyi bəyanatı xatırlatmaq istəyirəm. Sözügedən bəyanat Dağlıq Qarabağın və onun ətrafında olan ərazilərin Ermənistan tərəfindən qeyri-qanuni işğalından bəhs edir və Ermənistandan Dağlıq Qarabağa yeni bir yolun çəkilməsini qarşılıqlı inama, sülhə və barışığa əngəl yaradacaq bir addım kimi qiymətləndirir. Qeyri-qanuni məskunlaşma məsələsində də oxşar bəyanatlara nail olmaq yaxın gələcək üçün məqsədimiz olmalıdır. Əsas məqsəd isə dəyişmir - torpaqlarımızı işğaldan azad etmək”, - deyə deputat qeyd edib.