YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Ermənilərin “ermənifobiya”dan danışması riyakarlıqdan başqa bir şey deyil

“Erməni, ermənilər və “ermənifobiya”...İlk baxışda burada təəccüb doğuracaq qeyri-adi heç nə yoxdur...Digər xalqlar kimi, onlar da özləri ilə bağlı istənilən iddianı səsləndirə, ortaya ata bilərlər...Amma... Buna o zaman haqları çata bilər ki, doğrudan da, fobiyaya məruz qalsınlar, insanlıq, bəşəriyyət əleyhinə cinayətlər törətməsinlər, başqa xalqların qanuni torpaqlarına göz dikməsinlər, təcavüzkarlıq, qəsbkarlıq siyasəti ilə məsul olmasınlar, günahsız insanların qanını tökməsinlər, şovinizm, rasizm, nasizm, terrorizm kimi çox təhlükəli “dəyərləri” daşımasınlar. Ermənilərin timsalında isə tamamilə və birmənalı şəkildə bunların əksini görürük”. Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva bildirib.

Deputat deyib: “Bu xalq əsrlərdir ki, müalicəsi qeyri-mümkün olan, vaksini hələ də tapılmayan “erməni millətçiliyi” xəstəliyinə tutulub, nasizmin, faşizmin, rasizmin, terrorizmin daşıyıcısına və köləsinə çevrilib. Bunlar ermənilərin qanına, canına o qədər hopub, iliklərinə o qədər işləyib ki, qurtulmağa belə cəhd göstərmirlər, az sayda cəhd edənləri isə özləri öz əlləri və havadarlarının dirijor çubuğu ilə fiziki cəhətdən belə məhv etməkdən çəkinmirlər. 1999-cu ildə Ermənistan parlamentində yaşananlar, spiker başda olmaqla deputatların açıq-aşkar, heç nə olmamış kimi və məqsədli, planlı şəkildə gülləboran edilməsi bunun əyani təzahürüdür. Yaxud da Ermənistanın bu yaxınlarda qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyası başdan-ayağa başqalarına, xüsusilə qonşu xalqlara və dövlətlərə nifrət, nasizm, faşizm, rasizm üzərində köklənib. İndi belə olan halda, bu xalqın və onun başabəla ziyalılarının, başdan-ayağa çirkab içində olan siyasətbazlarının, əliqanlı dövlət adamlarının "ermənifobiya"dan danışması, xüsusilə bu məsələdə Azərbaycanı, azərbaycanlıları hədəf alması həyasızlıqdan, riyakarlıqdan, sülhə və təhlükəsizliyə növbəti təhdiddən başqa bir şey deyil...Bu gün ərazisində özlərindən başqa digər millətlərin, xalqların, entik qrupların mövcudluğu olmayan, planlı şəkildə mövcudluğuna son qoyulan, monoetnik nasist, rasist bir ölkənin və erməni xalqının "ermənifobiya"dan, özlərini növbəti dəfə dünyaya məzlum və zavallı cildində təqdim edərək azərbaycanlılar tərəfindən "ermənifobiya"ya məruz qalmaqdan danışması ancaq onlara "yaraşan" bir rəzillikdir, murdarlıqdır...XIX əsrdə, XX əsrin əvvəlləri və ortalarında yaşananları demirəm, elə son 32 ildə yaşananları bir anlıq göz önünə gətirsək, Quqark, Masis faciələrini, Bağanıs Ayrım, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, Ballıqaya və s. soyqırımlarını, qətliamlarını ötəri nəzərdən keçirsək, əsl fobiyanın mahiyyəti tam ortaya çıxmış olar. Bunlar məhz Azərbaycana, azərbaycanlılara nifrətin, "azərbaycanfobiya", "azərbaycanlıfobiya", "türkfobiya"nın qanlı, insanlıq əleyhinə yönəlmiş cinayət əməllərinin "məhsulları"dır..."Ermənifobiya"dan danışanlar, bunu iddia edənlər bu utanca, bu ləkəyə cavab versələr daha yaxşı olar, nəinki uydurma "fobiya"dan danışıb, yenidən şovinizm, rasizm, terrorizm havası əsdirsinlər...Yeri gəlmişkən, hər kəsə məlum olduğu kimi, cəmi bir neçə gün öncə, avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd etdi. Ancaq Azərbaycan Ordusunun, Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alındı, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirildi. İstintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan Ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf etdi. İndi düşmən tərəf, qəsbkar ölkə Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməyə, beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmağa cəhd göstərir. Həyasız şəkildə Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlar səsləndirməyə çalışır. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatında da deyildiyi kimi, Azərbaycan tərəfi əsir götürülən Qurgen Alaverdyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranıb. Eyni zamanda, bəyanatda Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və “ermənifobiya” ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır”.