YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqil Şirinov: Qan vermək Aşura gününün mahiyyətinə uyğun olan ən gözəl davranışlardır

“Hər bir insan öz evində fərdi şəkildə Kərbəla şəhidlərini yad edə bilər. Bu, dinimizin qaydalarına qətiyyən zidd deyil”. Bu fikri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

Aqil Şirinov bildirib ki, “Qurani-Kərim”i dərk edərək oxumaq, Kərbəla şəhidlərinin uğrunda öz canlarını fəda etdiyi amallar haqqında təfəkkürə dalmaq, onların həyatını səhih mənbələrdən oxumaq, Mərkəzi Qan Bankının filiallarına gedərək qan vermək Aşura gününün mahiyyətinə uyğun olan ən gözəl davranışlardır: “Eləcə də bu gündə Kərbəla şəhidləri ilə yanaşı, torpaqlarımız uğrunda öz canlarını fəda etmiş şəhidlərimizi və bu yolda fədakarcasına vuruşub xəsarət almış qazilərimizi də unutmamalıyıq. Ümid edirik, tez bir zamanda dünyamız pandemiyadan xilas olacaq və gələn il ənənəvi olaraq kütləvi şəkildə keçirilən mərasimlər yenə əvvəlki qaydada qeyd ediləcək. Bunun üçün əsas şərt hamılıqla karantin qaydalarına riayət etməkdir. Unutmayaq ki, insanların kütləvi şəkildə toplaşması virusun daha çox yayılmasına, daha çox insanın ölməsinə yol aça bilər”