YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstan və Özbəkistan portallarında Azərbaycanın Birinci vitse-prezidenti haqqında məqalələr dərc olunub

Qırğızıstan və Özbəkistan portallarında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.

Qırğızıstanın “Golden Bridge News” portalında dərc olunan yazı AZƏRTAC-ın “Vətəninə və xalqına xidmət Birinci vitse-prezident Mehriban Əliyevanın həyat amalıdır” adlı məqaləsi əsasında hazırlanıb. Yazıda Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini səciyyələndirən əsas məqamlara nəzər salınır. Həmçinin yazıda Mehriban Əliyevanın fotoşəkilləri yer alıb.

Özbəkistanın “Galampir” portalında dərc olunan məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın həyatı və fəaliyyəti haqqında ətraflı məlumat verilir. Məqalədə Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti və Birinci vitse-prezident vəzifəsinə təyin olunandan sonra gördüyü işlər diqqətə çatdırılır.