YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın dünyada təqdimatı, ölkəmizin təbliği və tanıdılması Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində dayanır

“Azərbaycanın dünyada təqdimatı, ölkəmizin təbliği və tanıdılması respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin mərkəzində dayanır. Onun  rəhbərliyi ilə həyata keçirilən layihələr buna ən gözəl nümunədir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Şəfqətin və xeyirxahlığın ünvanı – Mehriban Əliyeva” mövzusunda keçirilən videokonfransda deyib.

Əli Əhmədov bildirib ki, dünyada ölkəmizin təbliğ edilməsi baxımından Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətinin ən böyük elçisi adına layiqdir. O, bu missiyanı uğurla yerinə yetirməkdədir.

“Respublikamızın Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva Azərbaycan dövlətinin qüdrətinin artmasında, ölkəmizin müasirləşməsində, yeniləşməsində, mühüm layihələrin həyata keçirilməsində böyük töhfələrə malik olan dövlət xadimidir. Azərbaycanın bugünkü inkişafında onun xüsusi rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə inkişaf siyasətinin həyata keçirilməsində dövlət başçısının ən yaxın silahdaşı və yardımçısı Mehriban xanım Əliyevadır. Bütövlükdə, xalqımız, cəmiyyətimiz Mehriban xanım Əliyevanın timsalında ən fəal ictimai xadimini, ən böyük humanistini və insanpərvər şəxsiyyətini tanıya bilib”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv